Möhtəşəm oyun - Foto

mohtesem-oyun-foto
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, “Cim-Bom” 2-0 məğlub olduğu görüşdə 4-2 hesabı ilə qələbə qazanmağı bacarıb. Bu görüşdə demək olar ki, futbolda ola biləcək hər şey olub. Avtoqol, penalti, məşqçinn tribunaya göndərilməsi, möhtəşəm qollar və.s. 15-ci dəqiqədə Səlçuk İnan öz qapısına bəxtsizlikdən çox nadir hallarda rast gəlinən qol vurub. Qapıçı Fernando Musleranın vurduğu zərbə Səlçuk İnana toxunub və top qapıdan keçib. Birinci hissənin sonuna yaxın isə müdafiəçi Hakan Balta topa əli ilə toxunub və hakim 11 metrlik cərimə zərbəsi təyin edib. “Qalatasaray”ın keçmiş futbolçusu Stanku penaltini dəqiq yerinə yetirib və hesabı 2-0 – a çatdırıb.

Lakin 2-ci hissədə işlər kökündən dəyişib. 58-ci dəqiqədə Uesli Sneyderin vurduğu mükəmməl zərbə qapıdan keçib. Bu qoldan 10 dəqiq sonra səhnəyə Burak Yılmaz çıxıb. 2 dəqiqəyə 2 qol vuran Burak “Qalatasaray”ı hesabda önə keçirib. Oyunda son nöqtəni Səlçuk İnan, vurduğu möhtəşəm qolla qoyub. Beləliklə “Cim-Bom” xallarının sayını 46-a çatdıraraq liderliyini davam etdirir.

İqbal