Monteneqroda güclü zəlzələ

monteneqroda-guclu-zelzele
Oxunma sayı: 1502

Monteneqronun Plav şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Hidrometeoroloji və Sesmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yerin 14 km dərinliyində qeydə alınan zəlzələ bir neçə şəhərdə də hiss edilib.

Yeraltı təkan nəticəsində bir çox binada çatlar yaranıb. Əhali təlaş içində küçəyə qaçıb. Ölən və yaralanan olmayıb.