Monteneqroya getmək istəyən var?

monteneqroya-getmek-isteyen-var
Oxunma sayı: 972

Bu yerin xüsusi atmosferini dərhal hiss edirsən, otelə gedən yolda təbiətin gözəlliyindən təəcüblənməyə bilmirsən , hər döngəsində:
gözəl mənzərə adami valeh edir. Ölkənin ətrafını səyahət edərkən bir çox gözəl mənzərələrə rast gələcəksiniz ! Onlardan başı uca dağları, yaşıl meşələri, geniş və təmiz çimərlikləri sizlər üçün bu ölkəni unudulmaz edəcəkdir. Şam ağaclarının və dəniz havasının təmiz iyi ilə dolu havanı insan ləzzətlə dərindən içinə çəkir. Təmizlik – burada müqəddəs sözdü. Artıq 20 ildirki Monteneqroda təbiətin mühafizəsi üçün milli proqramlar uğurla fəaliyyət göstərir. Monteneqrodakı bütün təşkilatlar havanı və suyun çirklənməmisi üçün müəyyən işlər aparırlar.

Tikinti işləri ciddi qaydalara uyğun olaraq həyata keçirilir. Bu səbəbdəndə buradaki heyvanlar, quşlar, hətda şıltaq bitkilər belə özlərin sərbəst və rahat hiss edirlər. Buranın mülayim iqlimi insanların xoş əhval ruhiyyəsinə səbəb olur. Bu ölkənin nə sərt qışı ne boğucu yayı olur. Qış aylarında turistlər mərkəzi dağlıq rayonlarını ziyarət edirlər. Burada gözəl təbiət arasında milli parklardan başqa ucuz və rahat qış kurortları üçün terraslar da vardır. Yaz aylarının ortalarında Monteneqronun tarixi və görməli yerləri ilə taniş olmaq üçün turistlər gəlməyə tələsirlər. Bu dövr ekskursiyalara getmək üçün ən əlverişlidir.Əllbətdə ki yayda buraya turist axını daha çoxdur. Yay tətilləri üçün ən uyğun aylar iyun ayından sentyabr ayına kimidir.

Əslində heç də təəcüblü deyil ki bir çox turistlər yay tətillərində məhz Monteneqroya üz tuturlar. Monteneqroya bir günlük səfər edənlər bu ölkəyə təkrarən sevə-sevə qayıdırlar: Adriatik dənizin qumlu sahilləri, kiçik daşlı dənizləri, mənzərəli yerləri heç bir turisti biganə qoymur. Lakin Monteneqro tək dənizləri ilə məşhur deyildir. Burada hər kəsin zövqü üçün əyləncələr tapılar : idman mərkəzləri, dəniz keyfi, diskotekalar, uşaq meydançaları, müxtəlif festivallar sizləri gözləyir. Həmçinin vacib şərtlərdən biri də odurki Monteneqroda hər kəs öz cibinə uygun otellər tapa bilər.

Heç bir turist Monteneqroda raftinq kimi idman növündən imtina edə bilməz. Çünki Tara çayının kanyonu Kolorado çayının kanyonundan sonra dünyadaki ikinci böyük kanyondur, və adı çəkilmış kanyon UNESCO dunya irslərinin siyahisinda yer almışdır. Ətrafın gözəl mənzərəsindən insan mat qallr. Siz təhlükəsiz əyləncə üçün lazım olan hər şey ilə təmin olacaqsınız. Bu arada siz paraşutdan tullana , sörfinq dərsləri götürə , ova gedə bilərsiniz.

Əgər siz daha dinc əyləncələrə üstünlük verirsinizsə, folklor axşamları ideyası sizin üçün daha əlverişlidir. Bu fürsət həm də sizlərə Monteneqro ilə daha yaxından tanış olma və milli mətbəxtlərindən dadmaq imkani verəcəkdir.

Monteneqroda bir masa! Monteneqro qurmanları turistləri təəcübləndirməyi və sevindirməyi hər an xoşlayırlar. Ölkədə dəniz məhsulları bahalı deyil, lakin həmin məhsullar milli mətbəx komponentləri də sayılmır. Lakin ədviyyat və göyərti ilə quzu əti, tərəvəz və bütün növ ağ pendirlər bu ölkənin milli mətbəxinin ləziz yeməklərindən sayılır.

Siz Monteneqroya gedərkən burada dünyada da məşhur olan , günəş şüaları altında qurudulmuş vetçinanın dadına baxa bilərsiz. Bu ölkənin hansı tərəfinə getsəz belə , bütün süfrələrdə sərvət və rifah rəmzi kimi çörəyi görəcəksiniz. Monteneqroda xüsusi desertlər də hazırlanır.

Bu ölkədə xüsusi reseptlə hazırlanan yerli şərablar da var. Burada şərab xoşlayan insanlara üzümdən hazırlanmış araqlar, xüsusi brendlər təqdim olunur. Monteneqronun öz ətirli qəhvəsi ətrafdakı ölkələrdən seçilir.

Gördüyünüz kimi , Monteneqroda istirahət darıxdırıcı olmayacaq. Xoş xatirələr, gözəl şəkillər və böyük emosiya sizin yaddaşınızda əbədi qalacaqdır.

19 İyundan etibarən «FlyMontenegro» Monteneqroya birbaşa həftəlik nizamnamə uçuşlar başlayır. Xatırladaq ki, Azərbaycan vətəndaşları üçün 31 oktyabr 2013-cü ildə Monteneqro hökumətinin qərarı ilə vizasız rejim elan edilib.

Əgər siz Monteneqroya səyahət etmək istəyirsinizsə , o zaman “Millennium Tourism & Congress DMC”şirkəti ilə əlaqə saxlamalısınız

Ünvan:Nigar Rəfibəyli 12/14 AZ1001 Bakı Azərbaycan
Tel:012 497 54 00
Mob: 070 221 90 64