Morninqstar Azərbaycan hərbçilərinə sertifikat verdi

morninqstar-azerbaycan-herbcilerine-sertifikat-verdi
Oxunma sayı: 636


“Qafqazinfo”nun xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Mərasimdə iştirak edən ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstar və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov kursu bitirən məzunları sertifikatlarla təltif ediblər.

Qeyd edək ki, ölkəmizdə ingilis dili kursları 2004-cü ildən bir qrup, 2005-ci ildən isə dörd qrup şəklində fəaliyyətini davam etdirir. Kursu bitirən zabit və gizirlər ixtisaslarına uyğun olaraq ildə bir dəfə ABŞ-da təşkil olunan kurslarda iştirak edirlər.