Moskvada Azərbaycan vətəndaşı güllələndi - Video

moskvada-azerbaycan-vetendasi-gullelendi
Oxunma sayı: 2570

Moskvanın cənubunda Azərbaycan vətəndaşı güllələnərək qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarından”Ria Novosti”yə verilən məlumata görə, yaxın məsafədən açılan atəş nəticəsində ölən Azərbaycan vətəndaşının meyiti Xarkovsk keçidində aşkarlanıb.

Qeyd olunur ki, bu, öncədən planlaşdırılmış qətl hadisəsi ola bilər.

Moskva üzrə Daxili İşlər Nazirliyi Baş İdarəsindən faktı təsdiqləsələr də, hadisənin təfərrüatı açıqlanmayıb.