Moskvada polisə hücum oldu

moskvada-polise-hucum-oldu
Oxunma sayı: 1169

Moskvada naməlum şəxs iti alətlə polisə hücum edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. 25-30 yaşlarında naməlum şəxs polis əməkdaşına bir neçə bıçaq zərbəsi vurduqdan sonra qaçıb. Yaralı polis xəstəxanaya yerləşdirilib.

Cinayətkar barədə isə axtarış elan olunub.