Mourinyo “Real”dan gedir?

mourinyo-realdan-gedir
Oxunma sayı: 647

Verilən məlumata görə, klubun rəhbərliyi 2013-cü ilin yayında bu məşqçi ilə əməkdaşlığı başa çatdırmaq barədə onunla razılığa gəlib.
Klubun prezidenti Florentino Peres və Mourinyo bu qənaətə gəlmişlər ki, portuqaliyalı məşqçi bu vəzifədə öz imkanlarını tükətmişdir və gələn il iyunun 30-da komandanı tərk etməlidir.

Mourinyo da öz növbəsində Peresin “Real”ın prezidenti vəzifəsində etdiyi bəzi hərəkətlərdən narazıdır.

Builki İspaniya çempionatında “Real” üçüncü yerdədir. 14 turdan sonra o, ölkə birinciliyinin lideri “Barselona”dan 11 xal geri qalır.