MSK-nın ilkin məlumatı

msk-nin-ilkin-melumati
Oxunma sayı: 649

Trend-in məlumatına görə, bu barədə MSK nəzdində Seçkilər" İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov bildirib.

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər yerli vaxtla 08:00-da başlayıb.

330 bələdiyyə üzrə 464 yerə 1549 nəfər öz namizədliyini irəli sürüb. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür. Seçkilərə 9 siyasi partiyanı təmsil edən namizədlər qatılıb - Yeni
Azərbaycan, Ana Vətən, Ümid, Azərbaycan Sosial Rifah, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Vətəndaş Birliyi partiyaları. Namizədlərdən 709 nəfəri bitərəfdir.

Seçkiləri izləmək üçün 9923 müşahidəçi qeydiyyatdan keçib. Seçkilərdə 1 155 864 nəfərin səsvermə hüququ var.

MSK səsvermənin gedişatı barədə məlumatı həmçinin 12:00, 15:00, 17:00 və 19:00-da verəcək.