Müdafiə naziri və qərargah rəisi istefa verdi - Terrordan sonra

mudafie-naziri-ve-qerargah-reisi-istefa-verdi
Oxunma sayı: 641

Əfqanıstanın Müdafiə naziri Abdulla Xan Həbibi və quru qoşunlarının qərargah rəisi Kadam Şah Şahim istefa verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hər iki yüksək rütbəli “Taliban” terrorçularının ölkənin şimalındakı hərbi bazaya hücumundan sonra istefa qərarı verib. 

Xatırladaq ki, həmin hücum zamanı 150-dən çox insan ölmüşdü.