Müdafiə Nazirliyindən prezidentə şikayət

mudafie-nazirliyinden-prezidente-sikayet
Oxunma sayı: 637

Məktubda deyilir ki, Müdafiə Nazirliyinin mətbuat xidməti “MilAz”ı informasiya blokadasında saxlayır: “Sentyabr ayının 15-dən “MilAz”ın elektron ünvanına MN mətbuat xidmətinin məlumatlarının göndərilməsi dayandırılıb. Oktyabrın əvvəllərində “MilAz”ın əməkdaşı bununla bağlı qurumun rəis müavini Teymur Abdullayevə sual verib. O, məsələni araşdıracağını bildirib. Oktyabrın 31-də “MilAz”ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün yenidən MN mətbuat xidmətinə telefon açıb. Teymur Abdullayev dolayısı ilə bildirib ki, “MilAz”a informasiyaların göndərilməsi mümkün deyil”.

Cəsur Sumərinli bildirir ki, mətbuat xidmətinin mövqeyi “MilAz”ın son aylarda orduda baş verən neqativ halları, rəhbər vəzifəlilərin vəzifə səlahiyyətlərini aşması, korrupsiya faktlarını işıqlandırması ilə bağlıdır: “Cənab prezident! Xahiş edirik MN mətbuat xidmətinin “MilAz”ın elektron ünvanına informasiya göndərməsinə göstəriş verəsiniz”.