Müğənni mədəniyyət naziri oldu

mugenni-medeniyyet-naziri-oldu
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, xəbəri BBC News yayıb.

Bir qədər əvvəl ölkənin Ali Məhkəməsi ona prezident seçkilərində namizəd olmağı qadağan etmişdi. Qərarda Yussu NDurun lazımi qədər imza toplamdığı qeyd edilib. Bundan sonra NDur qoca prezidentin yenidən seçilməsinə imkan verməyəcəyini vəd edib. Məhkəmə ölkə konstitusiyasına zidd olaraq Abdulla Vadın üçüncü dəfə seçilməsinə icazə verib.

Müxalifət tərəfdarları məhkəmənin qərarı ilə razılaşmayaraq etiraz aksiyalarına başlayıb.

Bu ilin martın 25-də seçkilərin ikinci turunda ölkənin keçmiş baş naziri Maki Sall prezident seçilib. Sall 7 illik müddətə seçilsə də səlahiyyətlərinin 5 ilədək azaldılacağına söz verib.

Seçkilərdən sonra Yussu NDur Sallın qələbəsi münasibətilə Dakarda konsert verib.