Müğənnilər Şəki televiziyasında - Fotolar

mugenniler-seki-televiziyasinda-fotolar
Oxunma sayı: 1438

Stilist Anar Ağakişiyevin “Dəbin hökmü” verilişinə ayrı-ayrılıqda qatılan iki sənətçi qadın gözəlliyindən, dəbdən danışıblar. Aysel Anarla fikirlərinin üst-üstə düşdüyünü bildirib. Növbəti verilişdə Humay dəblə necə ayaqlaşdığının sirrini bölüşüb. Səfər zamanı əməkdaşların dəvəti ilə səhər verilişinə qatılan Aysel Əlizadə çanlı efirdə maraqlı ifa təqdim etməklə yanaşı, coxlu sayda telefon bağlantısına qoşulub. Sonuncu gecə saatlarında təqdim olunan canlı verlişi hər iki müğənni təqdim edib. Nəinki Şəki, əksər bölgələrin və paytaxt sakinlərinin maraqla izlədiyi verliş coşqu ilə davam edib və bütün bölgələrdən, eləcə də Bakıdan qonaqlara telefon zəngləri olub. Duzlu-məzəli şəkililərin əhval-ruhiyyəsinə köklənən sənətçilərimiz bunu tamaşaçıları ilə də bölüşüblər.