“Müğənninin verdiyi tərbiyəni heç kim edə bilməz”

mugenninin-verdiyi-terbiyeni-hec-kim-ede-bilmez
Oxunma sayı: 1907

Əməkdar artist Röya Ayxan ötən gün “5-də 5” proqramın qonağı olub.  “Qafqazinfo” xəbər verir ki, sənətçi canlı efirdə son zamanlar şou-biznes üzvlərinin “müğənni qız almaram” açıqlamasına bir daha münasibət bildirib. O, oğlu Hüseynin seçiminə qarışmayacağını deyib: 

“Sənətçi qızını oğluma alaram.  Niyə də olmasın? Müğənninin verdiyi tərbiyəni heç kim edə bilməz. Özü bu sahədə hər şeyin içində olur və görür, uzaqdan da olsa izləyir. Müğənni övladını daha əziyyətlə böyüdür. Uşaq kimi istəsə, buna mane olmaram. Özümə gəldikdə isə müğənni ilə ailə qurmazdım. Çünki evdə bir ulduz olmalıdır”.