Müharibə faktiki olaraq başa çatdı

muharibe-faktiki-olaraq-basa-catdi
Oxunma sayı: 1971

Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreya liderləri arasında danışıqların ikinci günü başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Cənubi Koreya prezidenti Mun Çje İnlə Şimali Koreya lideri Kim Çen In imzaladıqları hərbi sazişlə Koreya yarımadasında müharibənin faktiki olaraq başa çatdığını elan ediblər. Bunu Seul prezident administrasiyasının rəsmisi deyib. 

Pxenyanda baş tutan sammitdə liderlər denuklearizasiya tədbirləri, müharibə təhlükəsinin aradan qaldırılması və inamın bərpa edilməsi ilə bağlı birgə bəyanat qəbul ediblər. 

Bundan başqa, Şimali Koreya Tonçxannidəki raket polqonunu bağlayacağına və Yonbyonedəki nüvə obyektini sökəcəyinə söz verib. 

Kim Çen In yaxın vaxtlarda Seula səfər edəcəyini də bildirib. Şimali Koreya liderinin Cənubi Koreyaya səfəri tarixdə ilk dəfə baş tutmuş olacaq. 

Qeyd edək ki, Koreya yarımadasında müharibə 1950-ci ildə başlayıb, hərbi döyüşlər 1953-cü ilə kimi davam edib. Daha sonra sülh əldə olunsa da, rəsmi sülh sazişi indiyə kimi imzalanmamışdı.