Müsəlmanlar peyğəmbəri təhqir edən jurnalın hamısını alıb

muselmanlar-peygemberi-tehqir-eden-jurnalin-hamisini-alib-
Oxunma sayı: 654

“Qafqazinfo”nun AzerTac-a istinadən məlumatına görə, bir çox fransızlar bu ölkədə çıxan ”Şarli ebdo” həftəlik jurnalının müsəlmanlar və Məhəmməd Peyğəmbərlə bağlı karikaturaların dərc edildiyi yeni nömrəsini alıb qəzet köşklərindən uzaqlaşmadan cırırlar.

Parisin Bellvil məhəlləsindəki qəzet köşkünün sahibi demişdir ki, bir kişi həmin jurnalı almaq üçün səhər saat 6-dan köşkün yanında növbə çəkib. O, “Şarli ebdo” jurnalının satışda olan nüsxələrinin hamısını istəmiş, sonra onları məhv etməyə hazırlaşdığını və qonşu köşklərdəki jurnallarla eyni cür rəftar edəcəyini bildirib.

Başqa bir qəzet köşkünün sahibi isə bildirmişdir ki, oxuculardan biri yenicə aldığı bir neçə jurnalın nüsxəsini əzik-üzük edərək deyib ki, bu yazı Fransa üçün problemlər yaradacaqdır.