Musiqi məktəbində yeni təyinat

musiqi-mektebinde-yeni-teyinat
Oxunma sayı: 1163

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən Həşimova Vəcihə Yaşar qızı S. Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

"Qafqazinfo" xəbər verir ki, İdarənin tabeliyində olan musiqi məktəblərində yeni 2017-2018-ci tədris ilində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı kadr dəyişiklikləri aparılır.