Mustafa Dənizli Təbriz klubunda

mustafa-denizli-tebriz-klubunda
Oxunma sayı: 1416

Türkiyəli məşqçi Mustafa Təbriz yenidən İrana qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, 68 yaşlı mütəxəssis Təbrizin “Traktor Sazi” klubunu çalışdıracaq.

Bu mövsüm işləri yolunda getməyən və hazırda 11-ci pillədə yer alan Cəmnubi Azərbaycan təmsilçisi, M.Dənizli ilə 11 matçlıq, yəni mövsümün sonuna qədər razılığa gəlib. Müqavilənin dəyərinin 400 min dollar olduğu açıqlanıb.

Təbriz klubu Asiya Çempionlar Liqasında da çıxışını davam etdirir.

Qeyd edək ki, təcrübəli mütəxəssis daha öncə İranda PAS (2004-2006) və “Persepolis” (2006-2007, 2011-2012) klublarını çalışdırmışdı.