Müxalifət liderləri Avropa nümayəndələri ilə görüşdülər

muxalifet-liderleri-avropa-numayendeleri-ile-gorusduler
Oxunma sayı: 1361

“Qafqazinfo”nun məlumatına görə, görüşdə Müsavat partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə və AMİP sədri Yusif Bağırzadə iştirak ediblər. Görüşdə ölkədəki ictimai-siyasi proseslər, fundamental azadlıqların vəziyyəti, siyasi institutların fəaliyyəti, eləcə də, demokratik dəyişikliklərlə bağlı məsələlər müzakirə olunub. Müxalifət partiyalarının rəhbərləri Azərbaycandakı mövcud durumdan narahatlıqlarını avropalı qonaqların diqqətinə çatdıraraq beynəlxalq ictimaiyyətin yaranmış problemlərin aradan qaldırılması istiqamətində səylərinin genişləndirilməsinin vacibliyini bildiriblər.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Con Kayer Azərbaycanla Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqlara başçılıq edir.

Fatimə Kərimli