Müxalifət mitinq üçün yanvarın 20-də müraciət edəcək

muxalifet-mitinq-ucun-yanvarin-20-de-muraciet-edecek
Oxunma sayı: 645

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə məlumatı “RİA Novosti”yı mitinqin təşkilat komitəsinin üzvü, Xalq Azadlıq Partiyasının həmsədri Vladimir Rıjkov verib.

Müxalifət qüvvələri Moskva merinə göndərəcəkləri müraciətdə mitinqin keçirilməsi üçün bir neçə ərazi təklif edəcəklərini açıqlayıblar. Rıjkov qeyd edib ki, Manej meydanına aparan marşrutlar 1990-cı ilin 4 fevralında Kommunist Partiyasının hakim rolunun ləvğ edilməsi tələbilə keçirilmiş etiraz aksiyasının marşrutu ilə eynidir.

Müxalifət partiyaları mitinqin keçirilməsi üçün paytaxt merinə müracəti yanvarın 20-də göndərmək niyyətndədir.