Müxalifət mitinq üçün yer istədi

muxalifet-mitinq-ucun-yer-istedi
Oxunma sayı: 642

Müraciətdə bildirilir ki, İctimai Palata Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əsasən 22 aprel 2012-ci il tarixdə saat 16.00-dan 18.00-dək Bakı şəhərində aşağıda qeyd olunan yerlərin birində;

1) Binəqədi rayonu 7-ci mikrorayondakı keçmiş “İnqilab” kinoteatrının qarşısından başlayaraq S.S.Axundov küçəsindən keçməklə metronun “Dərnəgül” stansiyasının dəmiryoluna tərəf çıxışında

2) Nizami rayonu 8-ci kilometr qəsəbəsində Azər Manafov küçəsinin əvvəlindən başlayaraq “Təbriz” kinoteatrının qarşısındakı meydanda

3) Nərimanov rayonu Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə “Nərimanov” parkında ölkədə mövcud ictimai-siyasi vəziyyətə münasibət bildirmək məqsədilə “Yeni parlament seçkiləri” “Qarabağa azadlıq”, “Siyasi məhbuslara azadlıq”, “Sərbəst toplaşmaq azadlıqları təmin edilsin”, “Əmanətlər birə bir qaytarılsın”, “Əmlakımıza toxunmayın”, “Korrupsiya və rüşvətxorluğa son” şüarlarla yürüş-mitinq keçirməyi planlaşdırır.

Müraciətdə qeyd olunur ki, yürüş-mitinqdə 10 min nəfərin iştirakı gözlənilir.
Müraciətdə vurğulanır ki, yürüş-mitinq keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış digər yerlər təklif olunarsa, təşkilatçılar tərəfindən müzakirə edilə bilər.

Məktubun sonunda BŞİH-dən xahiş edilir ki, qanuna uyğun olaraq yürüş-mitinqin keçirilməsinə ən geci üç iş gün qalmış təşkilatçılara cavab verilsin.