Nadir 15 günlük istirahətinə 25 min avro xərclədi- - Fotolar

nadir-15-gunluk-istirahetine-25-min-avro-xercledi-
Oxunma sayı: 4479


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, sənətçi “Atv maqazin” dərgisinə müsahibəsində Riqa səfərində 25 min avro xərclədiyini deyib:

“Ötən il Riqada ailəmlə birlikdə əla istirahət etdik. 15 gün ərzində 25 000 avro xərclədik. 

Ən yaxşı yol yoldaşım xanımımdır. Onunla dünyanın harasına getsəm, darıxmaram. Sevimli istirahət yerimiz Marmarisdir. Oranın dənizinə vurulmuşuq. Su o qədər saf və gözəldir ki, dibindəki daşları, balıqları da görmək olur.

Afrikaya bir şounun çəkilişləri üçün getmişdik. Orada bizi yerli qəbilələrin yaşadığı qəsəbəyə apardılar. Yaşayışlarını görəndə ürəyim ağrıdı. Körpə uşaqlar torpaq yeməklə doyurdular. 

İranda Məşhəd ziyarətinə də getmişəm. Müqəddəs yerləri ziyarət etmək hər bir müsəlmanın borcudur”.