Nadir Vaqif Mustafazadəyə mahnı həsr etdi

nadir-vaqif-mustafazadeye-mahni-hesr-etdi
Oxunma sayı: 1158


“Qafqazinfo”nun məlumatına görə, sənətçi sözləri Aşıq Əhlimana, musiqisi Vaqif Mustafazadəyə məxsus olan mahnıya müraciət etməsinin səbəbini açıqlayıb: 

“Hər zaman unudulmaz sənətkarlarımızın sevilən əsərlərinə müraciət edirəm. Bu günə qədər bir çox yeniliklər etmişəm. Klassik əsərlər, xalq mahnıları, gənc bəstəkarlarla yanaşı türk xalq musiqisinin də sevilən mahnılarını repertuarıma daxil etmişəm. Amma Vaqif Mustafazadə bəstəsinə müraciət etməyimsə çoxdankı arzum və istəyim idi. Şükürlər olsun ki, arzu, istəyimə çatdım. O, Azərbaycan musiqisi adına bir çox yeniliklər edib. Bu danılmazdır. Martın 16-ı isə ölməz sənətkarın yubileyidir. Məhz onun ruhunu şad etmək üçün ad günü öncəsi belə bir addım atdım”.