Naməlum sürücü avtomobili piyadaların üstünə sürdü

namelum-surucu-avtomobili-piyadalarin-ustune-surdu
Oxunma sayı: 1413

Martın 25-də yerli vaxtla saat 22:50 radələrində Londonun şimalında naməlum sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində üç nəfər xəsarət alıb.

"Qafqazinfo" AzərTAC-a istinadla xəbər verir ki, London polisi hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb. Həmin şəxslərin üzərində bıçaq aşkarlanıb.

Polisin açıqlamasında bildirilir ki, xəsarət alan üç nəfər - iki kişi və bir qadın xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırmalar aparılır. Polis bu hadisənin yanvarın 22-də Parlamentin binası yaxınlığından törədilən terror aktı ilə əlaqəsinin olub-olmamasını araşdırır.