Nar Mobile Olimpiadanın qaliblərini mükafatlandırdı

nar-mobile-olimpiadanin-qaliblerini-mukafatlandirdi
Oxunma sayı: 647

45 komandanın iştirakı ilə keçirilən olimpiadanın final mərhələsində müvafiq olaraq 1-ci, 2- ci, 3-cü və 4-cü yerləri tutmuş komandalar 17 may tarixində keçirilən tədbirdə Nar Mobile-ın təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

“Hər zaman ölkə təhsilinə dəstək olan Nar Mobile bu gün də gənclərə, tələbələrə öz sadiqliyini nümayiş etdirdi. Bu dəfə şirkət ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qaliblərini mükafatlandırır. Bu layihədə əsas məqsədimiz gənc mütəxəssislərin gələcəkdə peşakar kadrlara çevrilməsinə dəstək olmaq və onları stimullaşdırmaqdır. Nar Mobile yarandığı gündən gənclərə və təhsilin təşviqinə yönələn layihələrə öz dəstəyini əsirgəmir. Böyük fərəh hissi ilə bildirirəm ki, Azərbaycanın çox istedadlı gəncləri var” – deyə Azerfon telekommunikasiya şirkətinin Baş Direktoru Yurgen Pitz bildirib.

Qeyd edək ki, Olimpiadanın final mərhələsində iştirak edən və xal toplayan komandalar içərisində iki nəfər xanım iştirakçı - Səbinə İsayeva və Tamilla Əliyeva - 25 aprel “İKT-də xanımlar” günü münasibətilə Azerfon şirkəti tərəfindən müsabiqədən kənar mükafatlandırılırlar.

Nar Mobile brendi ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini “3G” texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Nigar