Nardaran sakini həbs olundu

nardaran-sakini-hebs-olundu
Oxunma sayı: 660

Sabunçu RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramin Nuriyevdən 8 kiloqram 500 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Aprelin 12-si saat 07:40 radələrində Nobel prospektində Salman Bayramov idarə etdiyi “Mersedes” markalı avtomaşınla Anar Ağayevi vurub, piyada aldığı xəsarətdən xəstəxana ölüb.

Fevralın 22-də metronun “Qara Qarayev” stansiyasının keçidində Telli Rüstəmovanın cibindən mobil telefonunu oğurlayan əvvəllər məhkum olunmuş Ramil Cəfərov Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən aprelin 12-də yaxalanıb.


Yanvarın 5-də Bakıxanov qəsəbəsində Böyükağa Qurbanova məxsus “KİA” markalı avtomaşından açar seçmə yolu ilə içərisində qızıl-zinət əşyaları, açarlar, mobil telefon və şəxsiyyət vəsiqəsi olan çantanı oğurlayan Samux rayon sakini Mətanət Həsənova aprelin 12-də Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 18-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Qoşqar Hüseynov tutulub.