Narkotik satan qadına 9 il həbs verildi

narkotik-satan-qadina-9-il-hebs-verildi
Oxunma sayı: 1202

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən 27 yaşlı Malvina Babayevaya hökm oxunub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə M.Babayeva 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, M.Babayevanın yaşadığı evdən 18 kiloqram narkotik tapılıb. M.Babayeva 2014-cü ildə oğurluq və narkotik vasitə istifadə etdiyi üçün də saxlanılıb.

Murad Əhməd