Narkotikə görə xəstəxanalıq oldu

narkotike-gore-xestexanaliq-oldu
Oxunma sayı: 3880

Amerikalı müğənni Demi Lovato yüksək dozada narkotik maddədən istifadə etdiyi üçün xəstəxanaya aparılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “People” dərgisi məlumat yayıb. 

25 yaşlı “Disney” ulduzu Kaliforniyadakı evindən Los-Anceles Təcili Xidmət Departamentinə aparılıb. Sənətçinin vəziyyətinin hazırda yaxşı olduğu qeyd olunub. 

Xatırladaq ki, Demi karyerası boyu narkotiklə mübarizə aparıb.  Hətta o, keçən ay bu pis vərdişi ilə bağlı “Sober” adlı mahnı oxumuş, 6 ay narkotik çəkmədiyini demişdi.