Natəvan Həbibi xəstəxanada

natevan-hebibi-xestexanada
Oxunma sayı: 645

Milli.Az xəbər verir ki, onun yoxluğu bəzi şayiələrə səbəb olub.

Day.Az saytının iddiasına görə, müğənninin ürəyində problemlər var. Hazırda Moskva klinikalarından birində müalicə kursu keçir.

Bununla bağlı saytın əməkdaşı müğənnidən açıqlama da götürüb.

"Heç bir problem yoxdur. Bu, adi illik profilaktikadır. 2007-ci ildə əməliyyat olunarkən ürəyim dayanmışdı. Kislovodskda həkimlərin nəzarəti altında istirahət etdim. İndi Moskvada həkim müayinəsindən keçirəm. 10 gündən sonra Bakıda olacam", - o əlavə edib.