Natiq Əliyevin görmədiyiniz fotoları - Milyarderin arxivindən

Natiq Əliyevin görmədiyiniz fotoları
Oxunma sayı: 132

Azərbaycan əsilli rusiyalı milyarder, “Nortqaz” şirkətinin eks-sahibi Fərhad Əhmədov bu yaxınlarda dünyasını dəyişən nazir Natiq Əliyevlə bağlı xatirələrini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, F.Əhmədov Əliyevlə 30 il dostluq etdiyini, lakin heç bir ortaq bizneslə məşğul olmadıqlarını vurğulayıb:

“O, mükəmməl dərəcədə düzgün, hər kəsin etiraf etdiyi kimi təmiz insan olub. Ölkənin çiçəklənməsi üçün bir çoxlarından daha çox güc qoyub və bu tərəqqinin bir hissəsini özünə götürməyə çalışmayıb. Bu, indiki dünyada nadir şeydir. Natiq əsl dost idi. Elə bir dost həyatda insana bir dəfə verilir. 

Natiq yaşaya bilərdi, əgər ona vaxtında tibbi yardım göstərilsəydi. Ürəyi xəstə idi və o bunu bilirdi.

...Natiqin sevimli mahnısı Mark Bernesin ifasında “Mən səni sevirəm, həyat” idi. O, həqiqətən də yaşamağı sevirdi”. 











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi