Navalnı həbsdən çıxdı

navalni-hebsden-cixdi
Oxunma sayı: 1490

Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı həbsdən çıxıb.

"Qafqazinfo" Rusiya mediasına istinadən xəbər verir ki, paytaxt Moskvada icazəsiz aksiyalar keçirməkdə təqsirləndirilən müxalifətçinin həbs müddəti 30 sutka olub. Tver məhkəməsi Navalnını "nümayiş təşkil etmə prosedurlarına riayət etməmə" və "polisə müqavimət"ə görə cəzalandırmışdı. 

Xatırladaq ki, Aleksey Navalnı yenidən prezident seçilən Vladimir Putinin andiçmə mərasimindən əvvəl Rusiyada nümayişlər təşkil etmişdi.