Nazarbayevin yerinə o gəldi

nazarbayevin-yerine-o-geldi
Oxunma sayı: 4464

Qazaxıstan prezidentinin səlahiyyətlərini parlamentin spikeri Kasım-Jomart Tokayev icra edəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 2015-ci ildə 5-ci müddətə prezident seçilən Nursultan Nazarbayev bu gün istefa qərarını açıqlayıb. Prezident səlahiyyətlərinin icrasının davamını Tokayevə həvalə edərək dövlət televiziyası vasitəsilə qərarını açıqlayıb:

“İnanıram ki, Tokayev məhz o adamdır ki, Qazaxıstanın idarəçiliyini ona etibar edə bilərik”.

Nazarbayev bundan sonra Təhlükəsizlik Şurasının sədri və “Nur Otan” partiyasının rəhbəri kimi fəaliyyətini davam etdirəcək. O həm də Konstitusiya şurasının üzvü olaraq qalacaq.

Növbəti prezident seçkiləri 2020-ci ildə keçiriləcək.