Nazarov “Aue”dən ayrılır?

nazarov-aueden-ayrilir
Oxunma sayı: 653

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov komandasını dəyişə bilər. “Qafqazinfo” Almaniya mətbuatına istinadən xəbər verir ki, “Aue” klubunun formasını geyinən təcrübəli futbolçu bu ölkədən bir neçə təklif alıb.

Nazarovla yanaşı, yarımmüdafiəçi Mario Kvesiç və hücumçu Paskal Köpke də “Aue”ni tərk etməlidi. Lakin II Bundesliqa klubunun prezidenti Helqe Leonhardt millimizin üzvünü satmağı düşünmədiklərini söyləyib. O, adıçəkilən hər üç oyunçunun müqaviləsinin davam etdiyini əlavə edib: “Bu xəbəri təsdiq edə bilmərəm. Çünki hər hansı bir təklif almamışıq. Üstəlik, onların hər birinin müqaviləsi davam edir və anlaşmada yer alan transfer haqqı var. Masa üzərində isə hansısa bir klubun təklifi yoxdu”.
 
Qeyd edək ki, Dmitri Nazarov “Aue”yə ötən ilin yayında “Karlsrue”dən keçib.