Nazarovdan son dəqiqədə möhtəşəm qol - Video

nazarovdan-son-deqiqede-mohtesem-qol
Oxunma sayı: 668

Almaniya II Bundesliqasında 28-ci turun görüşləri keçirilir.

“Qafqazinfo”  xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Aue” klubu lider “Hannover”i qəbul edib.

 Görüş qalib müəyyənləşməyib - 2:2. Dmitri Nazarov komandasını məğlubiyyətdən xilas edib. Millimizin futbolçusu 90+4-cü dəqiqədə möhtəşəm qola imza atıb və “Aue”yə vacib 1 xal qazandırıb.

 “Aue” turnir cədvəlində 33 xalla 15-ci pillədədir.