Nazir Böyük Britaniyada səfərdədir

nazir-boyuk-britaniyada-seferdedir
Oxunma sayı: 1065

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Koventri Universitetində və Universitetin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunda “Bakı Prosesi”nin 10 illik yubileyi ilə bağlı təqdimat mərasiminin keçirilməsi məqsədilə Böyük Britaniyanın Koventri şəhərində səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində nazir Əbülfəs Qarayev Şəhər Şurasının icraçı rəhbəri Martin Reeveslə görüş keçirib. 

Görüşdə Koventrinin 2021-ci il üçün Böyük Britaniyanın mədəniyyət şəhəri seçildiyi və bununla bağlı qarşıdakı 4 il ərzində şəhərlə bağlı mədəni, sosial və iqtisadi layihələrin həyata keçiriləcəyi vurğulandı. Nazir ölkəmizdə həyata keçirilən mədəniyyət və idman hadisələri, Naxçıvan şəhərinin 2018-ci il üçün islam mədəniyyətinin paytaxtı elan edildiyi, ölkə daxilində şəhər və rayonların müxtəlif kateqoriyalar üzrə mədəniyyət şəhərləri elan edilmə təcrübəsi barədə məlumat verilib. 

Daha sonra Azərbaycan prezidentinin Bakı Prosesi təşəbbüsünə toxunan nazir bu qlobal layihənin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrini, Koventri Universiteti ilə əməkdaşlığın istiqamətlərini qeyd edib.