Nazir Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisilə tanış olub

nazir-esas-yerustu-peyk-idareetme-merkezinin-tikintisile-tanis-olub
Oxunma sayı: 632

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, nazir Əli Abbasov Orbital Sciences şirkəti və telekommunikasiya peykinin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın Telesat şirkətinin nümayəndələri ilə birlikdə ƏYPİM-in inşaat ərazisinə baş çəkib və mərkəzin tikinti prosesi ilə yaxından tanış olub.

Qeyd edək ki, ƏYPİM Azərbaycanın telekommunikasiya və müşahidə peyklərinin idarə edilməsi və istismarının həyata keçirilməsi məqsədilə inşa edilir. Hazırda ƏYPİM-də Azərbaycanın telekommunikasiya peykinin istehsalçısı olan ABŞ-ın Orbital Sciences şirkəti və azərbaycanlı mütəxəssislər tərəfindən peykin idarə edilməsi üçün antenalar, texniki cihazlar və digər avadanlıqlar quraşdırılır. Əsas tikinti işləri başa çatmaqda olan ƏYPİM-də mülki işlər də davam etməkdədir.

Nigar Məmmədli