Nazir İsveçrədə görüşlər keçirib

nazir-isvecrede-gorusler-kecirib
Oxunma sayı: 646

“Qafqazinfo” Təhsil Nariliyinin saytına istinadən xəbər verir ki, dekabrın 4-də təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın İsveçrə Konfederasiyasındakı Səfirliyində olub. Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı təhsil naziri Misir Mərdanovla görüşdə İsveçrə-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı görülən işlərdən söhbət açıb.

Dekabrın 5-də M. Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Lozanna Federal Politexnik Məktəbində olub və təhsil müəssisəsinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dekabrın 6-da təhsil naziri M. Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qlion Ali Təhsil İnstitutunda olub. Əvvəlcə universitetlə tanış olan nazir bu tədris ocağında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların problemləri ilə maraqlanıb.Təhsil naziri Qlion Ali Təhsil İnstitutunun baş direktoru Arye van der Spek ilə görüşüb. Sonra təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Dekabrın 7-də təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Lüsern Mərkəzi İsveçrə Pedaqoji İnstitutunda olub. Elə həmin gün M. Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Lüsern şəhərində yerləşən orta məktəbdə olub. Orta təhsildə tətbiq olunan son yeniliklər, həyata keçirilən islahatlar haqqında nazirə məlumat verilib. Mütəxəssislər arasında fikir mübadiləsi aparılıb.

Dekabrın 8-də təhsil naziri İsveçrə Konfederasiyasında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Cenevrə şəhərində keçirilən görüşdə İsveçrənin müxtəlif ali məktəblərində təhsil alan 30-dan çox azərbaycanlı tələbə iştirak edib.

Dekabrın 10-da M. Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə Konfederasiyasının Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi Mauro Del Ambroco ilə görüşüb. Dövlət katibi Azərbaycanla İsveçrənin ikitərəfli təhsil əlaqələrinin əhəmiyyətindən bəhs edib, xeyli sayda azərbaycanlı gəncin İsveçrə Konfederasiyasının nüfuzlu ali məktəblərində təhsil almasını müsbət hal kimi dəyərləndirib.

Dekabrın 10-da təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Bern Universitetində olub. Görüşdə İsveçrə Konfederasiyasında fəaliyyət göstərən Rektorlar Şurasının baş katibi Tonas Baxoter rəhbərlik etdiyi qurum haqqında geniş təqdimat-məruzə ilə çıxış edib.

Qeyd edək ki, keçirilən bütün görüşlərdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı da iştirak edib.