Nazir litvalı həmkarı ilə görüşdü

nazir-litvali-hemkari-ile-gorusdu
Oxunma sayı: 758


Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edildiyi görüşdə nazir Şahin Mustafayev Azərbaycanla Litva arasında əlaqələrin qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğunu və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulamışdır. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə də məlumat verib.

Həmin gün Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan - Litva İşgüzar Görüşü keçirilmişdir.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan və Litva arasında tikinti, kənd təsərrüfatı, İKT, bərpa olunan enerji, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu üçün böyük imkanların olduğunu diqqətə çatdırmış, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Litva Respublikasının iqtisadiyyat naziri Evaldas Qustas Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu bildirmişdir. Nazir Qustas Litvaya investisiya qoyuluşu imkanları barədə məlumat vermiş, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Litvanın biznes və investisiya mühitinə dair təqdimat keçirilib.

Görüş zamanı Azərbaycanın investisiya imkanlarına, müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmış və AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilib.