Nazir müavini turizmlə bağlı açılışda - Fotolar

nazir-muavini-turizmle-bagli-acilisda
Oxunma sayı: 2817

Ötən gün Göygöl rayonunda Turistik Məlumat İdarəetmə Sisteminin açılış mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, Göygöl Regional Muzeyində gerçəkləşən tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Rafiq Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab və Berlin Humbolt Universitetinin professoru xanım Eva Maria Aux iştirak edib.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov Göygöldə səyahət-yol nişanları sistemimin yaradılması istiqamətində göstərdikləri xoşməramlı fəaliyyətə görə Almaniyanın Azərbaycandakı səfirliyinə öz minnətdarlığını bildirib. 

Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab Azərbaycanda alman mədəni irsinə göstərilən diqqət və qayğıdan danışıb. Turistik Məlumat İdarəetmə Sisteminin açılışının əhəmiyyətindən danışan səfir bildirib ki, iki ölkə arasında, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də möhkəm əlaqələr var.  Bu münasibətlərin daha da gücləndirilməsi istiqamətində görülən işlərin davam etdiriləcəyi vurğulanıb.