Nazir müavininin oğlu qətlə yetirildi

nazir-muavininin-oglu-qetle-yetirildi
Oxunma sayı: 642

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt polisi ölüm faktı ilə bağlı araşdırmalar aparır.

Məlumata görə, gənc oğlan dekabrın 1-də dostu ilə idmandan evə gəlib. Onların yolda bir neçə gənclə davaları düşüb.

Hüquq – mühafizə orqanlarından verilən məlumata görə, üç moskvalı Vernadsk vilayətindəki “Karona” yaşayış kompleksinə daxil olublar: “Bu zaman dağıstanlı gənclərlə moskvalı gənclər arasında kiçik toqquşma olub. Səlahəddin sinəsinə zərbə alıb, cavab olaraq onu vurana təpiklə vurub. Davadan sonra Səlahəddin evə dostu ilə gəlib. Səhər isə yatağında ölü tapılıb. Yaxınları ehtimal edir ki, Səlahəddin aldığı zərbədən ölüb”.

Faktla bağlı tibbi-məhkəmə ekspertizası təyin olunub. Eləcə də davada iştirak edən gənclər araşdırılır.

Qeyd edək ki, Dağıstan maliyyə nazirinin rəsmi saytında Əli İsmayılovun oğlunun faciəvi şəkildə ölümü ilə bağlı başsağlığı dərc olunub.