Nazir səfirlə görüşdü

nazir-sefirle-gorusdu
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, səfər barədə ətraflı məlumat verən təhsil naziri İsveçrənin Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi ilə görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin yaradılması, İsveçrədə təhsil alan azərbaycanlı gənclərin sayının artırılması, tələbə, müəllim və tədqiqatçıların mübadiləsi, ümumi orta, habelə peşə təhsili müəssisələri arasında əlaqələrin qurulması barədə söhbət aparıldığını vurğulayıb.

Təhsil Nazirliyinin nəzdindəki 6 saylı məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramı üzrə tədrisə başlanıldığını söyləyən Misir Mərdanov bu işin Berndəki müvafiq qurumun dəstəyi ilə həyata keçirildiyini və isveçrəli mütəxəssislərin bununla bağlı Azərbaycanda olduqlarını bildirib.

Görüşdə çıxış edən səfir İsveçrə ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən söz açıb və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin önəminə diqqət çəkib. Sabine Ulmann Şaban təhsilin doktorantura səviyyəsi üzrə təqaüd proqramı haqqında məlumat verib və azərbaycanlı tələbələrin bu proqramdan istifadə imkanlarının olduğunu bildirib. Səfir tələbələrin müvafiq proqram haqqında məlumatlandırılması üçün ölkəmizin ali məktəblərində görüşlər keçirilməsinin nəzərdə tutulduğunu deyib.

İki ölkənin təhsil əlaqələrinin daha da inkişaf etdirilməsini müsbət hal kimi dəyərləndirən səfir peşə təhsili sahəsində əməkdaşlığın yaradılması məsələsinə də toxunub.

Günel