Nazirin Fransa səfəri davam edir

nazirin-fransa-seferi-davam-edir
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi xəbərə görə, İ. Abbasov görüşlərə davam edir. Fevralın 27-də nazir beynəlxalq kənd təsərrüfatı sərgisi çərçivəsində Burgundiya regionu pavilyonunun açılışında və “Burqundiya günü”ndə iştirak edərək regionun ali şurasının prezidenti və regiona daxil olan şəhərlərin merləri ilə görüşlər keçirib.

Daha sonra İ. Abasov Fransa Respublikasının kənd təsərrüfatı, qida və meşəçilik naziri Kristian le Foll ilə görüş keçirib. Görüş zamanı Fransaya məxsus iribuynuzlu heyvan cinslərinin Azərbaycana idxal edilməsi, kənd təsərrüfatı sahəsində ixtisaslaşan elmi-tədqiqat institutları, Azərbaycan Dövlət Aqrar Universiteti ilə müqabil tərəfin müvafiq təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin yaradılması və universitetlər arasında anlaşma memorandumunun imzalanması imkanları müzakirə olunub.

Həmin gün İ. Abasov Fransanın aqrar elm sahəsində ixtisaslaşan dövlətə məxsus “Franceaqrimer” təşkilatının baş direktoru Fabien Bova ilə görüş keçirib.

Görüşlərdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye də iştirak edib.

Səfər davam edir.