Nazirlər görüşdü

nazirler-gorusdu
Oxunma sayı: 647

“Qafqazinfo”nun məlumatına görə, bu gün Veysəl Əroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovla birlikdə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad ediblər.

Daha sonra nümayəndə heyətinin Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüşü baş tutub.

Görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində ümumi əməkdaşlıq məsələləri, su ehtiyatlarının və meşələrin idarə olunmasının günün tələbləri səviyyəsində təşkili və birgə layihələrin həyata keçirilməsi, Xəzər və Qara dənizlərin ətraf mühitinin qorunması, həmçinin 25 oktyabr 2011-ci il tarixində iki respublika arasında imzalanmış meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub.

Xatırladaq ki, nümayəndə heyətinin ölkəmizdə səfəri aprelin 13-dək davam edəcək.