Nazirlik əlilləri Lənkəran və Qəbələyə göndərdi

nazirlik-elilleri-lenkeran-ve-qebeleye-gonderdi
Oxunma sayı: 647


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qeyd edilən Proqrama əsasən, 18 may 2013-cü il tarixindən həyata keçirilən bu tədbirlər çərçivəsində indiyədək 180 nəfər əlilliyi olan şəxsin Qəbələ rayonunda və 120 nəfər əlilliyi olan şəxsin Lənkəran rayonundakı istirahət və sağlamlıq mərkəzlərində 10 gün müddətində istirahətləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil olunub.

Belə ki, xüsusi mədəni-kütləvi proqram çərçivəsində canlı musiqi, diskoteka və viktorinaların təşkili, stolüstü oyun (stolüstü tennis, bilyard, nərd, şahmat, dama, domino və s.), futbol və voleybol yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər (trenajorlar), ətraf rayonlara gəzinti turları, tarixi yerlərlə tanışlıq, hovuzda və göldə üzgüçülük təşkil olunur, tibbi və fizoterapevtik prosedurlar həyata keçirilir.