Nazirlik gülçü sahibkarları maliyyələşdirəcək

nazirlik-gulcu-sahibkarlari-maliyyelesdirecek
Oxunma sayı: 638

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən olan gülçülüyün inkişafı məqsədilə Sahibkarlığa Kömək Milli Fondu sahibkarlardan aşağıdakı istiqamətlər üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbuluna başlayır: məhsuldar gül plantasiyalarının salınması; müasir texnologiyaların tətbiqi ilə gül yağı və güldən hazırlanan digər məhsulların istehsalı müəssisələrinin yaradılması və ya yenidən qurulması. “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, sahibkarlıq subyektləri göstərilən istiqamətlər üzrə investisiya layihələrini müvəkkil kredit təşkilatları vasitəsilə Fonda təqdim edə bilərlər.

Nigar Məmmədli