Nazirlikdə 20 Yanvar toplantısı

nazirlikde-20-yanvar-toplantisi
Oxunma sayı: 651

Nazir müavini Aslan Aslanov yığıncağı açaraq Azərbaycanın müstəqilliyi, öz milli azadlığı uğrunda şəhid olanların yaxınlarına və əzizlərinə başsağlığı vermiş, həlak olanların şəhidlik zirvəsinə qalxmasını qəhrəmanlıq simvolu kimi qiymətləndirib.

Nazir müavini A.Aslanov 20 Yanvar hadisəsinə ilk olaraq Heydər Əliyevin münasibət bildirdiyini və məhz ulu öndərimizin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verildiiyini söyləyib. Nazir müavini A.Aslanov çıxışında Heydər Əliyev və prezident İlham Əliyev ilə birlikdə həyatlarını təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz həmvətənləri və xarici jurnalistlər qarşısında – izdihamlı iclasda çıxış edərək bu ağır günlərdə heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu nümayiş etdirdiyini və bu hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirdiyini toplantı iştirakçılarının nəzərinə çatdırıb.