“Neft 60-70 dollar səviyyəsində qalarsa...” - Nazir

neft-60-70-dollar-seviyyesinde-qalarsa
Oxunma sayı: 2468

“Əgər neftin qiyməti 60-70 dollar səviyyəsində qalarsa, bu, bizim iqtisadiyyatımız və planlarımız üçün çox müsbət olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov “Bloomberg”ə açıqlamasında deyib. Onun sözlərinə görə, bu, istehsalçılar və istehlakçılar üçün də yaxşı qiymətdir. 

Nazir onu da bildirib ki, OPEK və tərəfdaşları ehtimal ki, neft hasilatının azaldılması ilə bağlı sazişi bu ilin sonuna qədər uzadacaqlar.