“Neftçi” 1 pillə irəlilədi

neftci-1-pille-ireliledi
Oxunma sayı: 648

“Qafqazinfo” xəbər verir ki, 426 komandanın yer aldığı siyahıda Azərbaycanın 2 təmsilçisi də var.

Xeyli vaxtdır siyahıda ölkəmizin yeganə təmsilçisi olan “Neftçi” də 1 pillə irəliləyib. 258-ci yerə qalxan çempion 78,5 xala malikdir. O, “Sevilya”, “Fiorentina”, “Hamburq”, “Feyenoord” kimi tanınmış klubları qabaqlayır.
“İnter” də 430-cu pillədən 425-ci yerə irəliləyib.

Siyahıya 349 xalla “Barselona” başçılıq edir. İspaniyanın digər təmsilçisi Madrid “Atletiko”su 290 xalla 2-dir.

“Neftçi”nin Avroliqanın qrup mərhələsindən rəqiblərindən İtaliya “İnter”i 18-ci (205 xal), “Rubin” 87-ci (127,5 xal), “Partizan” 127-dir (110 xal).