“Neftçi” azarkeşlərinə şad xəbər!

neftci-azarkeslerine-sad-xeber
Oxunma sayı: 645

Xəbər verdiyimiz kimi, komandanın aparıcı futbolçularından biri olan Flavinyo Buxarest “Dinamo”su ilə yoxlama oyununda sağ dizindən zədə alıb. Bu səbəbdən braziliyalı yarımmüdafiəçi “Dinamo Zaqreb”lə oyunda da iştirak etməyib. Futbolçunun ÇL matçında iştirak edib-etməyəcəyini öyrənmək üçün “flaqman”ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Gündüz Abbaszadə “Qafqazinfo”ya verdiyi açıqlamada “Neftçi” azarkeşlərinin təşvişinə son qoyub: “Flavinyonun zədəsi ciddi deyil. Dizində ağrılar var idi deyə, “Dinamo Zaqreb”lə oyunda məşqçi onu qorudu, yorulmasını istəmədi. İnşallah, “Zestafoni” ilə matçda iştirak edəcək”.

Qeyd edək ki, “Neftçi” iyulun 17-də, Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. “Ağ-qaralar” “Dalğa Arena”da Gürcüstan çempionu “Zestafoni” ilə qarşılaşacaq.

Ceyhun Əhmədov