“Neftçi” iki legionerini göndərdi - Rəsmi

neftci-iki-legionerini-gonderdi
Oxunma sayı: 1040

“Neftçi” klubu iki futbolçu ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, son 5 ayı icarə əsasında Venesuelanın “Mineros Quayana” klubunda keçirən yarımmüdafiəçi Edson Kastilyo ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Çexiyanın "Karvina" klubuna məxsus olan və dekabrın 31-i icarə müddəti başa çatacaq müdafiəçi Pavel Dreksa ilə müqavilə isə uzadılmayacaq.