“Neftçi” niyə bu günə qaldı? - Tərlan Əhmədov danışır+Video

neftci-niye-bu-gune-qaldi
Oxunma sayı: 5614

“Neftçi”nin Avropa Liqasında Macarıstanın “Uypeşt” klubuna səfərdə 0:4 hesabı ilə uduzub mübarizəni dayandırması bir çox etirazlara səbəb oldu. “Qafqazinfo” xəbər verir ki, xüsusən media və azarkeşlər mövsümün əvvəlində komandanın başına gətirilən və bakılıları çətin durumdan çıxaran Tərlan Əhmədovla bağlı idi. 

Pis vəziyyətdə olan komandanı 7-ci pillədən 3-cü yerə - bürünc medallara daşıyan mütəxəssisin postundan göndərilib yerinə Roberto Bordinin gətirilməsi yanlış fikir sayıldı. Rəhbərlik də buna görə tənqid olundu. 

Tərlan Əhmədov da “CBC Sport”da yayımlanan “İmza” verilişində çıxışında “Neftçi”də işlədiyi dönəmlərdən danışaraq başına gələnləri danışıb. Elxan Məmmədovun himayəsində olan klubun ətrafında baş verənlərdən söhbət açıb.